Bilgəhdə aşkarlanan suiti və quş cəsədlərindən nümunələr götürülüb

media-ads_728_90

Suiti və quşların ölüm səbəbinin müəyyənləşdirilməsi məqsədilə nümunələr götürülüb.

“TV1” xəbər verir ki, Xəzər dənizinin Bilgəh qəsəbəsi sahilində aşkarlanan suiti və quş cəsədləri ilə bağlı Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Rəşad Allahverdiyev bildirib ki, suiti və quşların ölüm səbəbinin müəyyənləşdirilməsi məqsədilə mütəxəssislər tərəfindən cəsədlərdən nümunələr götürülüb.

Xidmət rəsmisinin sözlərinə görə, analizlərin nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək.

media-ads_728_90
Paylaş