BMT Baş katibi ŞKTC Prezidenti ilə görüşəcək

media-ads_728_90

BMT-nin Baş katibi Antonio Quterreş Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Tufan Erhürmanla görüşəcək.

“TV1” xəbər verir ki, bu barədə BMT Baş katibinin sözçüsü Stefan Düjarrik bildirib.

O qeyd edib ki, görüş fevralın 11-də BMT-nin Nyu-Yorkdakı qərargahında keçiriləcək.

Görüşdə Kipr probleminin həlli istiqamətində müzakirələr aparılacaq.

media-ads_728_90
Paylaş