BMT müharibələri bitirmək üçün kifayət qədər səy göstərməyib - ABŞ Prezidenti

media-ads_728_90

ABŞ Prezidenti Donald Tramp Davosda “Sülh Şurasının Nizamnaməsi” sənədinin imzalanma mərasimində çıxış edərək İsraildə girovların geri qaytarılmasından və Qəzzanın yenidən qurulması ilə bağlı planlarından danışıb.

“TV1” xəbər verir ki, D.Tramp bildirib ki, bu proses çətin işdir və HƏMAS-dan sonuncu girovun cəsədinin qaytarılmasını tələb edib.

O, Qəzzanın gözəl şəkildə yenidən qurulacağını və bu prosesdə çox uğurlu olacağını deyib.

“Biz demək olar ki, istədiyimiz hər şeyi edə bilərik”, – deyə D.Tramp bildirib, lakin dərhal əlavə edib ki, bunu BMT ilə birgə həyata keçirəcək.

“BMT-nin böyük potensialı var, amma ondan istifadə etmir”, – deyə D.Tramp vurğulayıb.

ABŞ Prezidentinin sözlərinə görə, o, sona çatdırdığını iddia etdiyi səkkiz müharibənin heç biri barədə BMT ilə danışmayıb. Donald Tramp əlavə edib ki, BMT kifayət qədər səy göstərməyib və həmin müharibələri bitirə bilməyib.

media-ads_728_90
Paylaş