BMT-nin Qəzzada 200-dən çox əməkdaşı ölüb
Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi fonunda BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım Agentliyinin (UNRWA) Qəzza zolağında həlak olan əməkdaşlarının sayı 200 nəfəri ötüb.
“TV1” xəbər verir ki, xarici KİV-in məlumatına görə, bu barədə UNRWA-nın baş komissarı Filip Lazzarini deyib.
“2023-cü ilin oktyabrında müharibə başlayandan bəri Qəzzada UNRWA-nın 202 əməkdaşını itirmişik”, – o bildirib.