Bosfor boğazında gəmilərin hərəkəti dayandırılıb

media-ads_728_90

Türkiyədə Bosfor boğazında qatı dumanla əlaqədar hər iki istiqamətdə gəmilərin hərəkəti müvəqqəti olaraq dayandırılıb.

“TV1” xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat nazirliyinin dəniz məsələləri üzrə departamenti bəyanat yayıb.

“Qatı dumanla əlaqədar hava şəraiti normallaşana qədər hər iki istiqamətdə gəmilərin hərəkəti dayandırılıb”, – deyə məlumatda bildirilir.

Sonuncu dəfə Bosfor boğazı sentyabrın 30-da yük gəmisinin sıradan çıxması ilə əlaqədar bağlanmışdı.

media-ads_728_90
Paylaş