Böyük Britaniya Tehrandakı səfirliyini bağlayıb

media-ads_728_90

Böyük Britaniya hökuməti regionda gərginliyin artması fonunda İrandakı Britaniya səfirliyinin müvəqqəti bağlanmasına qərar verib.

“TV1” xəbər verir ki, “The Independent”in məlumatına görə, qərar İran rəhbərliyinin ABŞ prezidenti Donald Trampın mümkün hərbi zərbələrinə cavab olaraq regiondakı Amerika hədəflərini vuracağı ilə bağlı xəbərdarlıqlarından sonra verilib.

Qeyd edək ki, Böyük Britaniya həmçinin Qətərdə yerləşən və regionun ən böyük Amerika hərbi bazası olan Əl-Udeyd aviabazasından bəzi hərbçilərini geri çağırmağa başlayıb.

media-ads_728_90
Paylaş