media-1200x100

BRICS-in mədəni proqramı çərçivəsində Heydər Əliyev və Çingiz Aytmatova həsr olunmuş sənədli film göstərilib

media-ads_728_90

Kazanda keçirilən BRICS sammitinin mədəni proqramına daxil olan milli filmlərin nümayişi çərçivəsində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevə və görkəmli qırğız yazıçısı Çingiz Aytmatova həsr olunmuş “Planetlə dialoq” sənədli filmi nümayiş etdirilib.

“TV1” xəbər verir ki, tədbirin təşkilatçıları bildiriblər ki, “Mir” kinoteatrında Rusiyanın məşhur kinorejissoru Qriqori Naxapetovun “ADM-JACK” kinoşirkətinin istehsalı olan sənədli film nümayiş etdirilib.

Ekran əsəri böyük şəxsiyyətlərin həyat və çoxşaxəli fəaliyyətindən bəhs edir.

Nümayişdən əvvəl filmin müəllifi və rejissoru Q.Naxapetov tamaşaçıların çoxsaylı suallarını cavablandırıb.

Qeyd edək ki, film Bişkekdə yerləşən Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun sifarişi ilə çəkilib.

media-ads_728_90
Paylaş