Bu gün İrana ən intensiv zərbələr endirəcəyik - ABŞ-ın müdafiə katibi
ABŞ bu gün İrana ən intensiv zərbələr endirəcək.
“TV1” xəbər verir ki, bu barədə ABŞ-ın müdafiə katibi Pit Heqset mətbuat konfransında bildirib.
“47 ildir ki, İran rejiminin bu barbarları silahdaşlarımızı – mənim, sizin, bizim oğlanlarımızı qətlə yetirirlər”, – P.Heqset bildirib.
O qeyd edib ki, dəqiq kəşfiyyat məlumatları əsasında daha çox qırıcı və bombardmançı ilə İrana ən intensiv zərbələr endiriləcək.








