Bu gün Su çərşənbəsidir

media-ads_728_90

İnsan yaddaşında bahar təkcə fəslin dəyişməsi deyil, ümidlərin yenidən canlanması, həyatın təzələnməsidir. Günəşin hərarəti artdıqca, sular axdıqca, torpaq isinib nəfəs aldıqca insan da daxilən yenilənir.

“TV1” xəbər verir ki, qədim dünyagörüşünə görə, kainatın və həyatın əsasında dörd ünsür – su, od, hava (yel) və torpaq dayanır. Novruzun gəlişi də məhz bu ilkin başlanğıcların oyanışı ilə əlaqələndirilir.

Bu il Su çərşənbəsi fevralın 24-nə, Od çərşənbəsi martın 3-nə, Yel çərşənbəsi martın 10-na, Torpaq (İlaxır) çərşənbəsi isə martın 17-nə təsadüf edir. Beləliklə, təbiətin oyanış yolu su ilə başlayır, odla isinib, yellə hərəkətə gəlir və torpaqla tamamlanır.

media-ads_728_90
Paylaş