Bu gündən yağıntı kəsiləcək - Temperatur yüksələcək
Ölkə ərazisində müşahidə olunan yağıntı fevralın 11-i axşamdan tədricən kəsiləcək.
“TV1” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Qeyd olunub ki, sabah və fevralın 13-də havanın mülayimləşəcəyi, əksər rayonlarda əsasən yağmursuz keçəcəyi, temperaturun yüksələcəyi gözlənilir.








