Bu, mənim üçün böyük şərəfdir - İsrailin Azərbaycandakı yeni səfiri
İsrailin Azərbaycana yeni təyin edilən səfiri Ronen Kraus təyinatı ilə bağlı “X” sosial şəbəkəsində paylaşım edib.
“TV1” xəbər verir ki, paylaşımda bildirilir:
“Rəsmi olaraq İsrailin Azərbaycan Respublikasına növbəti səfiri təyin olunmağım mənim üçün böyük şərəfdir”.
Qeyd edək ki, R.Kraus bu vəzifəyə ötən gün təyin edilib. Daha öncə o İsrailin Xarici İşlər Nazirliyinin Avrasiya departamentinin direktoru vəzifəsində çalışıb.