media-1200x100

Çeçenistanda Vladimir Putin adına Xüsusi Təyinatlı Universitetə PUA hücumu olub

media-ads_728_90

Çeçenistanda PUA-nın hücumundan sonra Vladimir Putin adına Xüsusi Təyinatlı Universitetin damı yanıb.

“TV1” xəbər verir ki, bu barədə Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov bildirib.

Onun sözlərinə görə, bu gün Qudermesdə səhər saat 6:30-da PUA hücumu nəticəsində Vladimir Putin adına Xüsusi Təyinatlı Universitetin ərazisindəki boş binanın damı yanıb.

O, ölən və xəsarət alanların olmadığını bildirib. /apa/

media-ads_728_90
Paylaş