Çempionlar Liqasının final oyununun Bakıda keçirilməsi üçün UEFA-ya müraciət olunub - RƏSMİ

media-ads_728_90

AFFA 2027-ci ildə Çempionlar Liqasının final oyununa ev sahibliyi üçün UEFA-ya müraciət edib.

“TV1” xəbər verir ki, bu barədə Milli Assosiasiyanın mətbuat xidmətinin məlumatında bildirilir.

Qeyd olunur ki, qitənin bir nömrəli klub turnirinin həlledici matçının Bakı Olimpiya Stadionunda (BOS) keçirilməsi üçün Avropa futbol qurumuna rəsmi müraciət ünvanlanıb.

UEFA-nın yaydığı məlumata görə, BOS-la yanaşı, İspaniyanın Madrid şəhərində yerləşən “Metropolitano” stadionu da final oyununa ev sahibliyi etməyə namizədliyini irəli sürüb.

Qeyd edək ki, bu mövsüm Çempionlar Liqasının final görüşü Almaniyanın Münhen şəhərində keçiriləcək.

media-ads_728_90
Paylaş