Cənubi Afrikada hostelə silahlı hücum - 10 nəfər ölüb

media-ads_728_90

Cənubi Afrikanın paytaxtı Pretoriada silahlı hücum baş verib.

“TV1” Cənubi Afrika mətbuatına istinadən xəbər verir ki, naməlum silahlıların hostellərin birinə qəfil hücumu nəticəsində 3 yaşlı uşaq da daxil olmaqla, 10 nəfər ölüb.

Yerli polis xəsarət alanların sayının 14 nəfər olduğunu bildirib.

Hadisə ilə bağlı araşdırma aparılır.

media-ads_728_90
Paylaş