Cənubi Koreyanın sabiq prezidenti ömürlük həbs cəzasına məhkum edilib
Cənubi Koreyanın keçmiş prezidenti Yun Sok Yol qiyamda təqsirli bilinib.
“TV1” xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Məhkəmə Yun Sok Yolu Cənubi Koreyada hərbi vəziyyət tətbiq etmək cəhdinə görə ömürlük həbs cəzasına məhkum edib.
Xatırladaq ki, Yun Sok Yol 2024-cü ilin dekabrında hərbi vəziyyət tətbiq etməyə cəhd etdikdən sonra onun haqqında impiçment elan edilib. Daha sonra Konstitusiya Məhkəməsi aprelin 4-də impiçmenti təsdiqləyib.








