media-1200x100

Çexiyada restoranda GÜCLÜ YANĞIN - 6 nəfər ölüb

media-ads_728_90

Yanvarın 12-nə keçən gecə Çexiyanın Most şəhərində restoran yanıb.

“TV1” xəbər verir ki, bu barədə DW məlumat yayıb.

Yerli yanğınsöndürmə xidməti bildirib ki, 6 nəfər ölüb, 8 nəfər yaralanıb. İlkin səbəbin qaz qızdırıcısının partlaması olduğu bildirilir. Yanğın gecə yarısına az qalmış baş verib. Alov ildırım sürəti ilə bütün binaya yayılıb. İlk yanğınsöndürənlər fövqəladə hadisə yerinə gələndə artıq restoran tamamilə yanğına qərq olub.

Yanğının söndürülməsi bir saatdan çox çəkib. Saat 01.00-dan sonra yanğın lokallaşdırılıb. Hadisə yerindən 6 cəsəd tapılıb. Daha 8 nəfər yanıq xəsarəti alıb. Yaralılar Praqa, Most və Usti-nad-Labem şəhər xəstəxanalarına aparılıblar.

Polis faciənin səbəblərini araşdırır. Çexiya daxili işlər naziri Vit Rakuşanın hadisə yerinə gələcəyi bildirilib. Ölkənin baş naziri Petr Fiala hadisəni “böyük faciə” adlandırıb.

Yanğının restoranın taxta terrasında qaz qızdırıcısının aşması nəticəsində baş verdiyi açıqlanıb. Yaxınlıqdakı yaşayış binasından 30-a yaxın insan təxliyə edilib. Hadisə yerinə 28 yanğınsöndürən maşın və 63 yanğınsöndürən cəlb olunub.

 

media-ads_728_90
Paylaş