Çin "Boeing"dən 200 təyyarə alacaq
Çin Xalq Respublikasının Sədri Si Cinpin ölkəsinin Amerika istehsalçısı “Boeing”dən 200 təyyarə alacağını bildirib.
“TV1” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Fox News” telekanalına açıqlamasında bildirib.
“Bu gün o, bir şeylə razılaşdı: o, 200 təyyarə sifariş edəcək ki, bu da “Boeing” üçün çox vacib bir hadisədir. 200 böyük layihə. Bu, çoxlu iş yeri deməkdir” – deyə D.Tramp bildirib.
Qeyd olunur ki, ABŞ prezidentinin Çinə səfəri zamanı onu müşayiət edən nümayəndə heyətinin tərkibində “Boeing” şirkətinin baş direktoru Kelli Ortberq də olub.








