media-1200x100

Çin Tayvan boğazında hərbi təlimlərə başlayıb

media-ads_728_90

Çin Xalq Azadlıq Ordusunun (ÇXAO) Tayvan boğazında “Birgə qılınc – 2024B” adlı hərbi təlimləri başlayıb.

“TV1” xəbər verir ki, bu barədə ÇXAO-nun Şərq Hərbi Komandanlığının nümayəndəsi, polkovnik Li Si məlumat verib.

“Təlimlər Tayvanın müstəqilliyi üzrə separatçı qüvvələrin fəaliyyətlərinə qarşı sərt xəbərdarlıqdır. Bu, milli suverenliyi və birliyi qorumaq üçün qanuni və zəruri bir əməliyyatdır”, – Çin Müdafiə Nazirliyinin saytında qeyd olunub.

Li Si, həmçinin bildirib ki, Tayvan sahillərində müxtəlif qoşunlar birgə təlimlərdə iştirak edəcəklər. Diqqət, əsasən, hava-dəniz döyüşü və patrula, həmçinin, əsas limanların blokadası və dəniz-quru hədəflərinin hücumuna yönəldiləcək.

media-ads_728_90
Paylaş