Çində körpü uçub - Ölənlər var
Çinin şərqində yerləşən Tszyansu əyalətində körpünün uçması nəticəsində beş nəfər həlak olub.
“TV1” xəbər verir ki, hadisə fevralın 2-də axşam baş verib. Yançen şəhərində tikilməkdə olan dəmiryol körpüsü uçub.
Daha əvvəl iki nəfərin öldüyü, üç nəfərin isə itkin düşdüyü bildirilir. Qeyd olunub ki, itkin düşən üç nəfərin meyiti tapılıb və bununla da həlak olanların sayı beşə yüksəlib.
Axtarış-xilasetmə işləri başa çatdırılıb.
Hazırda körpünün uçma səbəbləri araşdırılır.








