media-1200x100

COP29-la bağlı dezinformasiya yayan 15 resurs bağlanıb - RƏSMİ

media-ads_728_90

“COP29-la bağlı saxta xəbərlər, dezinformasiyalar yayılır”.

“TV1” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi İlqar Musayev deyib.

İ.Musayev bildirib ki, bu xəbərlərdə guya COP29-la bağlı iş yerlərinin açılması, yaxud hansısa maliyyə dəstəyinin göstəriləcəyi kimi feyk məlumatlar olur:

“Bu məlumatları daim analiz edirik. Onların yerləşdirildiyi resursların bloklanması üzrə işlər gedir. Son iki ayda biz tərəfdən həmin dezinformasiya yayan 15 resurs bağlanılıb”.

media-ads_728_90
Paylaş