media-1200x100

COP29 Sədrliyinin bu il ambisiyaları artırmaq planı var - Nazir

media-ads_728_90

“COP29 Sədrliyinin bu il ambisiyaları artırmaq planı var. Bu plan Paris Sazişinin bütün şərtləri üzrə kritik irəliləyişləri təmin edəcək”.

“TV1” xəbər verir ki, bunu Pre-COP29 konfransı çərçivəsində keçirilən iqlim və inkişafa dair nazirlər səviyyəsində iclasda COP29-un müəyyən edilmiş Prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev deyib.

O qeyd edib ki, istiləşməni məhdudlaşdırmaq və iqlim dəyişikliyinin təsirlərini idarə etmək üçün iqlim planlarında ambisiyaları gücləndirmək lazımdır:

“Biz bütün tərəfləri 2025-ci ilə qədər Milli Uyğunlaşma Planları yaratmağa çağırırıq”.

media-ads_728_90
Paylaş