Dəməşq Beynəlxalq Hava Limanında uçuşlar ləğv edildi

media-ads_728_90

Dəməşq Beynəlxalq Hava Limanında bir sıra uçuşlar ləğv edilib.

“TV1” xəbər verir ki, bu barədə Suriya Mülki Aviasiya Baş İdarəsi açıqlama verib.

Qurumun sözçüsü Alaa Salal bildirib ki, səhər saatlarından etibarən görünürlüğün kəskin azalması hava nəqliyyatının təhlükəsizliyinə təsir göstərib.

Bu səbəbdən bir neçə reys alternativ hava limanlarına yönləndirilib. Hazırda hava limanında vəziyyətin stabilləşməsi üçün zəruri tədbirlər görülür.

media-ads_728_90
Paylaş