media-1200x100

Deutsche Welle: Almaniya qaçqın axınının qarşısını almaq üçün tədbirlər paketi hazırlayır

media-ads_728_90

Almaniya hökuməti ölkəyə gələn qaçqın axınının qarşısını almaq üçün tədbirlər paketi hazırlayır.

“TV1” xəbər verir ki, “Deutsche Welle”nin yaydığı məlumata əsasən, federal maliyyə naziri Kristian Lindnerdən sonra Bavariyanın baş naziri Markus Zyöder də bu sahədə radikal addımları dəstəkləyib.

İlk olaraq ukraynalı qaçqınlar üçün tətbiq edilən “Bürgergeld” – vətəndaş pulunun ləğvi nəzərdə tutulur. Almaniyanın 16 federal torpağının hökumət başçılarının toplantısında bu məsələ ciddi şəkildə müzakirə ediləcək.

Xatırladaq ki, bu ilin sentyabr ayına qədər Almaniyada sığınacaq istəyənlərin sayı 170 min nəfər olub. Bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə 50 min az adam deməkdir. Sığınacaq istəyənlərin üçdə biri suriyalılardır. Müraciət edənlərin 15 faizi əfqanıstanlılar, 13 faizi isə Türkiyə vətəndaşlarıdır. Ukraynalı qaçqınlar isə bu siyahıya daxil edilməyiblər. Çünki onlar birbaşa sosial təminata götürülürlər.

Almaniyanın inteqrasiya imkanlarının sonsuz olmadığını bildirən ekspertlər əvvəlki dövrlərdəki kimi ilə 200 min qaçqının qəbul edilməsi prosedurunu yolverilməz hesab edirlər. Bundan sonra kvotanın 30 minə qədər endirilməsi təklif olunub.

media-ads_728_90
Paylaş