media-1200x100

Deutsche Welle: "Şimali Koreya hərbçiləri Kursk vilayətindəki döyüşlərdə iştirak edirlər"

media-ads_728_90

Şimali Koreyadan olan hərbçilər 23 oktyabr tarixindən etibarən Rusiyanın Kursk vilayətində gedən döyüşlərdə iştirak edirlər.

“TV1” xəbər verir ki, bu barədə “Döyçe Velle” (Deutsche Welle) Ukrayna kəşfiyyatına istinadən məlumat yayıb.

Məlumatda qeyd olunur ki, 12 minlik hərbi kontingentdə 3 general və 500 yüksək rütbəli zabitlər təmsil olunub. Onların Rusiya ordusuna uyğunlaşması işinə müdafiə nazirinin müavini Yunus-Bek Yevkurov cavabdehlik daşıyır.

Bu məlumatla bağlı Avropa İttifaqının (Aİ) narahatlığını ifadə edən Aİ-nin Xarici siyasət idarəsinin rəhbəri Jozep Borrel bildirib:

“Belə addım rəsmi Pxenyan tərəfindən Avropa İttifaqına  və qlobal təhlükəsizliyə, həmçinin BMT nizamnaməsinin fundamental prinsiplərinə qarşı ciddi təhddidir”.

 

media-ads_728_90
Paylaş