Donald Tramp Ağ Evdə Kolumbiya Prezidenti Qustavo Petronu qəbul edib
ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Kolumbiya Prezidenti Qustavo Petronu qəbul edib.
“TV1” CNN-ə istinadən xəbər verir ki, danışıqlar qapalı formatda başlayıb.
Məlumata görə, Donald Tramp son aylarda qarşılıqlı tənqidlərə baxmayaraq Qustavo Petro ilə münasibətlərinin yaxşılaşdığını bildirib.
Görüşdə tərəflərin bir sıra ikitərəfli məsələləri, o cümlədən narkotik qaçaqmalçılığına qarşı mübarizəni müzakirə edəcəyi gözlənilir.








