Dövlət qulluqçusu vəfat etdikdə vərəsələrinə müavinət ödəniləcək

media-ads_728_90

Dövlət qulluqçusu vəfat etdikdə onun vərəsələrinə müavinət ödəniləcək.

“TV1” xəbər verir ki, bu məsələ Milli Məclisinin bugünkü plenar iclasında müzakirə olunan “Dövlət qulluğu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, dövlət qulluqçusu vəfat etdikdə, habelə məhkəmə tərəfindən xəbərsiz itkin düşmüş hesab edildikdə və ya ölmüş elan edildikdə dövlət qulluğuna xitam verildikdə onun vərəsələrinə orta aylıq dövlət məvacibinin 4 misli miqdarında müavinət ödəniləcək.

Qanun layihəsi səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

media-ads_728_90
Paylaş