Dünya birinciliyi: Azərbaycanın iki boksçusu mərhələ adlayıb
Azərbaycanın iki boksçusu Monteneqronun Budva şəhərində gənclər arasında dünya birinciliyində növbəti mərhələyə yüksəlib.
“TV1” xəbər verir ki, Azərbaycan Boks Federasiyasından (ABF) verilən məlumata görə, mundialın üçüncü günündə Zidan Hümbətov (51 kiloqram) ilk görüşündə Alexandros Mavrommatislə (Yunanıstan) qarşılaşıb.
O, görüşün taleyini ikinci raundda həll edərək tam üstünlüklə qalib gəlib. Z.Hümbətov 1/8 finalda Mateuş Şoçarjla döyüşəcək.
Əli Abdullayev (63,5 kiloqram) isə ikinci qarşılaşmasını aktivinə yazıb. O, 1/16 finalda Malik Suqaypovu (Rusiya) məğlub edib – 4:1 (29:28, 28:29, 29:28, 29:28, 30:27). Boksçumuz növbəti görüşündə Ruslan Qafurovla (Tacikistan) üz-üzə gələcək.
Qeyd edək ki, dünya birinciliyinə noyabrın 3-də yekun vurulacaq.