Dünya çempionatında sensasiya: Norveç Braziliyanı mübarizədən kənarlaşdırıb

media-ads_728_90

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında 1/8 finalın daha bir oyunu keçirilib.

“TV1” xəbər verir ki, Braziliya millisi Norveçlə qarşılaşıb.

Nyu-Yorkdakı “MetLayf” stadionunda oynanılan görüş Avropa təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Norveçin heyətində hər iki qolu Erlinq Holann vurub. “Sambaçılar”ın qoluna isə penaltidən Neymar imza atıb.

Bununla da Braziliya millisi mundialda mübarizəni dayandırıb. Norveç isə 1/4 finala vəsiqə qazanıb. Norveç şahzadəsi İnqrid Aleksandra və Şahzadə Sverre Maqnus geyinmə otağına gələrək, Erlinq Haalandı və futbolçuları 2026-cı il Dünya Kubokunun 1/8 final mərhələsindəki qələbə münasibətilə təbrik ediblər.

Qeyd edək ki, Norveç növbəti raundda İngiltərə – Meksika cütünün qalibi ilə qarşılaşacaq.

media-ads_728_90
Paylaş