Dünyanı silkələyən iki gücün müqayisəsi - ABŞ-Çin rəqabətinin ANALİZİ
Xəbər verdiyimiz kimi, ABŞ prezidenti Donald Tramp Çinə iki günlük səfər edib.
“TV1” xəbər verir ki, səfər çərçivəsində D.Tramp Çin lideri Si Cinpinlə görüşüb.
ABŞ və Çin liderləri arasında bir sıra məsələlərlə bağlı mühüm müzakirələr aparılıb.
Bu gün dünya iqtisadiyyatının təxminən 70 %-ni ABŞ-la müqayisədə, daha çox Çinlə ticarət təşkil edir. 2001-ci ilin statistikasına görə, belə ölkələr ümumi göstəricinin 15 %-ni təşkil edib.
2001-ci ildə 30 ölkə Çinlə daha çox ticarət edib, nəinki ABŞ ilə. 2025-ci ildə isə 145 ölkə ABŞ-la müqayisədə, daha çox Çinlə ticarət edib.

Hansı ölkə ən böyük ixracatçıdır?
Çin dünyanın ən böyük ixracatçısıdır: 2025-ci ildə Çin 3,59 trilyon ABŞ dolları həcmində məhsul eksport edib. İkinci yerdə isə 1,9 trilyon dollar həcmində eksportla ABŞ qərarlaşıb.
Çinin ixracatı: Maşınlar və elektrik avadanlıqları 1,68 trilyon, metallar 286 milyard, nəqliyyat vasitələri və ehtiyat hissələri 257 milyard, yataq dəstləri – mebel, oyuncaqlar və oyunlar 221 milyard, kimyəvi məhsullar 221 milyard, plastik və rezin 174 milyard, daş və şüşə 53 milyard, mineral məhsullar 50,4 milyard, optika, fotoqrafiya, kino və tibb alətləri 92,9 milyard, qiymətli daşlar və məhsulları 38,9 milyard, ayaqqabı və baş geyimləri 57, 4 milyard, tekstil 268 milyard, kağız məhsulları 36,5 milyadr ABŞ dolları təşkil edib.
ABŞ ixracatı: Maşınlar və elektrik avadanlıqları 447 milyadr, mineral yanacaq 364 milyard, kimyəvi məhsullar 245 milyard, nəqliyyat vasitələri və ehtiyat hissələri 214 milyard, palsmas və rezin 94 milyard, ərzaq 60,5 milyard, qiymətli daşlar və məhsulları 53 milyard, metal 87,5 milyard, optika, fotoqrafiya, kino və tibb alətləri 110 milyard, heyvan mənşəli məhsullar 36,6 milyard, bitki məhsulları 78 milyard ABŞ dolları təşkil edib.
ABŞ Çindən nə alır?
2024-cü ildə ABŞ-a Çindən 453 milyard dollarlıq məhsul ixrac olunub. Çin elektrik avadanlıqları, elektronika, çiplər, noutbuk və smartfon məhsulları üzrə əsas təchizatçıdır.
Maşınlar və elektrik avadanlıqları 212 milyard, tekstil məhsulları 31,9 milyard, metallar 28,1 milyard, plastik və rezin 24,3 milyard, kimyəvi məhsullar 22,8 milyard, avtomobil hissələri və nəqliyyat 19,9 milyard, alətlər 13,9 milyard, ev əşyaları oyuncaq və oyunlar 57,9 milyard, ayaqqabı və baş geyimləri 13,7 milyard ABŞ dolları təşkil edib.
ABŞ Çinə nə satır?
2024-cü ildə ABŞ Çinə 145 milyard dollar dəyərində məhsul ixrac edib.
Əsas ixrac məhsulları neft, qaz, kənd təsərrüfatı məhsullları, təyyarələr və elektrik avadanlıqları olub. Maşınlar və elektrik avadanlıqları 30,8 milyard, kənd təsərrüfatı məhsullları 16,7 milyard, mineral yanacaq 24,1 milyard, kimyəvi məhsullar 18,2 milyard, alətlər 11 milyard, plastik və rezin 8,2 milyard, metallar 6,01 milyard, avtomobil hissələri və nəqliyyat vasitələri 13 milyard ABŞ dolları təşkil edib.

Hansı ölkənin dövlət borcu daha çoxdur?
Həm ABŞ, həm də Çinin dövlət borcu yüksək səviyyədədir: ABŞ-da Ümumi Daxili Məhsulun (ÜMD) səviyyəsi 115 %, Çində isə ÜDM-nin səviyyəsi 94 %-dir.

Hansı ölkə müdafiə xərcələrinə daha çox vəsait ayırır?
ABŞ dünyada ən böyük hərbi xərclərə malik ölkədir, Çindən təxminən 3 dəfə çoxdur.
ABŞ və Çinin əsas enerji mənbələri nələrdir?
Çinin enerjisi əsasən kömürdən, ABŞ-ın isə neftdən asılıdır.
Elektromobil istehsalında hansı ölkə irəlidədir?
Çinin elektrmobil nəqliyyat vasitələrinin daxili satışındakı payı ABŞ-dan təxminən 5 dəfə çoxdur.

Nadir torpaq metallarının ehtiyatları harada yerləşir?
Çin dünyada ən böyük nadir torpaq metal (NTM) oksidləri ehtiyatlarına malikdir. Bu ehtiyatlar dünyanın ümumi ehtiyatlarının təxminən yarısını təşkil edir.
Nadir torpaq metalları müasir texnologiya üçün vacib olan 17 elementdən ibarət qrupdur.
ABŞ və Çin arasında müqayisənin nəticələri:
- Çin qlobal iqtisadiyyatın getdikcə daha vacib mərkəzinə çevrilib.
- ABŞ hərbi güc, enerji və bir sıra texnologiyalar sahəsində liderliyini qoruyub saxlayır.
- Ölkələr arasında rəqabət ticarətə, texnologiyaya və təhlükəsizliyə təsir göstərir.
- ABŞ və Çin arasındakı fərq dünya nizamının hara doğru dəyişdiyini izah edir.

Mətanət Əliyeva








