Əbu-Dabidə Ukrayna üzrə üçtərəfli danışıqlar başa çatıb - YENİLƏNİB

media-ads_728_90

Əbu-Dabidə (BƏƏ) Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə keçirilən ABŞ-Rusiya-Ukrayna üçtərəfli danışıqları başa çatıb.

“TV1” xəbər verir ki, açıqlanan məlumatlara görə, Ukrayna ilə bağlı yeni görüşlərin tarixləri tərəflər arasında razılaşdırılacaq.

11:44

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə Ukrayna, Rusiya və ABŞ arasında Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqların ikinci günü başlayıb.

“TV1” xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov öz teleqram kanalında bildirib.

“Dünənki kimi eyni formatlarda işləyirik: üçtərəfli məsləhətləşmələr, qruplarda iş və sonradan mövqelərin sinxronlaşdırılması. Nəticələr sonra olacaq”, – deyə o, bildirib.

media-ads_728_90
Paylaş