Əbu-Dabidə Ukrayna, Rusiya və ABŞ arasında üçtərəfli danışıqlar başa çatıb
Əbu-Dabidə Ukrayna, Rusiya və ABŞ arasında üçtərəfli danışıqlar başa çatıb.
“TV1” xəbər verir ki, görüş qapalı qapılar arxasında keçirilib.
Danışıqlarda Rusiya, ABŞ və Ukrayna nümayəndə heyətləri iştirak ediblər.
Qeyd edək ki, Əbu-Dabidə Ukraynada müharibənin nizamlanması ilə bağlı danışıqların ikinci günü keçirilib. Nümayəndə heyətləri bir neçə sülh sənədini müzakirə ediblər. Məlumata görə, Əbu-Dabidəki danışıqlar qrupları Ukraynada sülhə dair o cümlədən ərazi məsələləri və təhlükəsizlik təminatları ilə bağlı bir neçə sənəd layihəsini paralel şəkildə nəzərdən keçirib və müzakirə ediblər.
Xatırladaq ki, yanvarın 23-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında təhlükəsizlik məsələləri üzrə üçtərəfli işçi qrupunun ilk görüşü keçirilib. Danışıqlarda həm Moskva, həm də Kiyev üçün Donbas bölgəsinin mənsubiyyəti məsələsi prinsipial əhəmiyyət daşıyır.








