"EFES - 2026” təlimi davam edir

media-ads_728_90

Türkiyə Respublikasında hərbi qulluqçularımızın iştirakı ilə keçirilən “EFES – 2026” çoxmillətli birgə müştərək təlimi davam edir.

“TV1” xəbər verir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycan nümayəndə heyətinin rəhbəri general-leytenant Azər Əliyev təlimin keçirildiyi ərazi ilə tanış olub, təlim yerlərində yaradılan şərait və yerinə yetirilən fəaliyyətlərlə maraqlanıb.

Qeyd edək ki, təlimdə əsas diqqət iştirakçı ölkələrin bölmələri arasında birgə fəaliyyətlər zamanı koordinasiyanın gücləndirilməsinə və qarşılıqlı təcrübə mübadiləsinin aparılmasına yönəldilib.

media-ads_728_90
Paylaş