Əfqanıstanda qar uçqunu - Ölən və yaralananlar var

media-ads_728_90

Əfqanıstanın şimalındakı Bağlan əyalətində cümə axşamı baş verən qar uçqunu nəticəsində bir nəfər ölüb,10 nəfər isə yaralanıb.

“TV1” xəbər verir ki, bu barədə Əfqanıstanın Milli Fəlakətlərin İdarə Edilməsi İdarəsi məlumat yayıb.

ildirilib ki, son bir neçə gündə Bağlan əyalətinin Salang aşırımında güclü qar yağıb. Çərşənbə və cümə axşamı günləri əlverişsiz hava şəraiti səbəbindən həmin ərazidə nəqliyyatın hərəkəti dayandırılıb.

Xilasetmə qrupları qar fırtınasında köməksiz qalan təxminən 60 nəfəri xilas edərək onları yaxınlıqdakı hotellərə yerləşdiriblər.

Qurumun mətbuat xidmətinin məlumatına görə, ölkə ərazisində davam edən qar və şaxtalı hava şəraiti nəticəsində ümumilikdə 11 nəfərin həlak olduğu təsdiqlənib.

media-ads_728_90
Paylaş