Əraqçi: İran və ABŞ danışıqların ikinci raundunu keçirməyi planlaşdırır
İran və ABŞ arasında dolayı danışıqların ikinci raundunun keçiriləcəyi dəqiq tarix müəyyən edilməyib.
“TV1” xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi Qətərin “Al Jazeera” telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Tehran və Vaşinqton tezliklə yeni görüş keçirməkdə qərarlıdır.
“Hazırda danışıqların ikinci raundunun keçiriləcəyi konkret tarix yoxdur, lakin biz və Vaşinqton hesab edirik ki, görüş bu yaxınlarda baş tutmalıdır”, – deyə nazir qeyd edib.








