Ərdoğan: Azərbaycanın təhlükəsizliyi Türkiyənin təhlükəsizliyi ilə birbaşa əlaqəlidir
“Azərbaycanın təhlükəsizliyi Türkiyənin təhlükəsizliyi ilə birbaşa əlaqəlidir”.
“TV1” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Millət Məclisində (TBMM) hakim partiyanın parlament fraksiyasının iclasında çıxışı zamanı deyib.
O bildirib ki, Türkiyə Suriyanın yenidən qurulması üçün bu ölkəyə dəstək verməyə davam edəcək:
“Həm Suriyanı, həm Türkiyəni birlikdə böyüdəcəyik. Unutmayın ki, Suriyanın, Fələstinin, Sudanın, Azərbaycanın, İranın, Şimali Kipr Türk Cümhuriyyətin, Ukraynanın, İraqın təhlükəsizlyi bizim də təhlükəsizliyimlə birbaşa əlaqəlidir”, – deyə o əlavə edib.








