Ərdoğan HAMAS liderinin qətlini pisləyib
HAMAS Siyasi Bürosunun sədri İsmayıl Haniyənin Tehranda öldürülməsini qətiyyətlə pisləyirəm.
“TV1” xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “X” hesabındaki paylaşımında deyilir.
“Bu sui-qəsd Fələstin mübarizəsini, Qəzzanın şanlı müqavimətini və fələstinli qardaşlarımızın ədalətli mübarizəsini pozmaq, fələstinliləri ruhdan salmaq və qorxutmaq məqsədi daşıyan bir hərəkətdir”.
O əlavə edib ki, Türkiyə Fələstini bütün imkanları, bütün gücü ilə dəstəkləməyə davam edəcək.