Ərdoğan yeni ailə quranlara 150 min lirə faizsiz kredit söz verdi - VİDEO
“Yeni evlənən gənclərə xüsusi güzəştli dəstək kampaniyalarımız var”.
“TV1” xəbər verir ki, bu barədə Rəcəb Tayyib Ərdoğan açıqlama verib.
O bildirib ki, yeni ailə quran gənclərə 48 ay müddətinə, 2 il geri ödəməmək fürsəti ilə 150 min lirə faizsiz kredit dəstəyi göstəriləcək.
Türkiyə Prezidenti bundan əlavə, yeni evlənən gənclərə hökumətin yeni yardımlarını da açıqlayıb:
“Yeni doğulacaq ilk uşaq üçün doğumla bağlı hökumətin ailəyə verdiyi yardım dəstəyinin məbləği 5 min lirəyə yüksəldilir. Bundan əlavə, 2-ci uşaq üçün hər ay 1500 lirə, 3-çü və sonrakı uşaqlar üçün isə 5 min lirə yardımlar veriləcək. 2-ci və sonrakı uşaqlar üçün ayrılan yardımlar anaların hesablarına yatırılacaq”.