Ermənistan gələn il hərbi xərcləri 20 faiz artıracaq
Ermənistan hökuməti 2025-ci ildə hərbi sahəyə ÜDM-in 6 faizi qədər, yəni 1,7 milyard dollardan çox vəsait ayırmaq niyyətindədir.
“TV1” xəbər verir ki, bunu Ermənistanın maliyyə naziri Vahe Ovanisyan parlamentdə büdcə müzakirələri zamanı deyib.
O bildirib ki, gələn il ölkənin müdafiə sektoruna 664,7 milyard dram (1,7 milyard dollardan çox) ayrılacaq ki, bu da 2024-cü ildəki xərclərdən 20 faiz çoxdur. “Bu, büdcənin əhəmiyyətli hissəsini təşkil edir və bütün gücümüz burada cəmlənib”, – deyə nazir bildirib.
Vahe Ovanisyan, həmçinin 2024-cü ilin sonunadək ölkədə ümumilikdə 5,8 faizlik iqtisadi artımın qeydə alınacağını, 2025-ci ildə isə bu göstəricinin 5,6 faiz təşkil edəcəyini deyib.