Ermənistan KTMT-də iştirakını dondursa da, sənədlərin qəbuluna mane olmur - Baş katib
Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında iştirakını dondurub, müzakirələrdə iştirak etmir, lakin bu gün olduğu kimi, sənədlərin məhdud formatda qəbul olunmasına mane olmur.
“TV1” xəbər verir ki, bunu KTMT-nin Baş katibi İmanqali Tasmaqambetov bildirib.
“Bütün sənədlər Ermənistana göndərilib, biz onların etiraz etmədiklərini təsdiq edən sənəd aldıq”, – o qeyd edib.








