media-1200x100

Ermənistan parlamenti Azərbaycanla sərhədlərin delimitasiyası üzrə komissiyaların reqlamentini təsdiqləyib

media-ads_728_90

Ermənistan parlamenti Ermənistan-Azərbaycan Sərhədlərinin Delimitasiyası və Demarkasiyası üzrə Komissiyaların Reqlamenti haqqında qanun layihəsini təsdiqləyib.

“TV1” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, qanun layihəsi Ermənistan parlamentinin bu gün keçirilmiş iclasında təsdiqlənib.

Qanun layihəsinin lehinə 67 deputat səs verib. Səsvermədə yalnız hakim “Vətəndaş müqaviləsi” partiyasından olan deputatlar iştirak edib.

Müxalifətdən olan deputatlar isə əvvəldən qanun layihəsinin müzakirəsini boykot edəcəyini açıqlayıb.

media-ads_728_90
Paylaş