Ermənistan Prezidenti Azərbaycanla sərhədlərin delimitasiyası üzrə komissiyaların reqlamentini imzalayıb

media-ads_728_90

Ermənistan Prezidenti Vaaqn Xaçaturyan Azərbaycanla sərhədlərin delimitasiyası üzrə komissiyaların fəaliyyəti ilə bağlı reqlamenti imzalayıb.

“TV1” xəbər verir ki, bu barədə “Sputnik Armeniya” məlumat yayıb.

Qeyd edək ki, oktyabrın 23-də Ermənistan parlamenti Ermənistan-Azərbaycan Sərhədlərinin Delimitasiyası və Demarkasiyası üzrə Komissiyaların Reqlamenti haqqında qanun layihəsini təsdiqləyib.

Qanun layihəsinin lehinə 67 deputat səs verib. Səsvermədə yalnız hakim “Vətəndaş müqaviləsi” partiyasından olan deputatlar iştirak edib.

 

 

media-ads_728_90
Paylaş