Ermənistan sülh müqaviləsi ilə bağlı Azərbaycanın cavabını alıb
İrəvan sülh müqaviləsi ilə bağlı Azərbaycanın cavabını alıb, digər sahələrdə – kommunikasiyaların açılması, silahların qarşılıqlı nəzarəti və yoxlanılması mexanizmi – hələ də cavabsız qalıb.
“TV1” xəbər verir ki, bunu Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan deyib.
Qeyd edək ki, Azərbaycan 2024-cü ilin noyabrında sülh müqaviləsinin mətninə dair 11-ci təkliflər paketini Ermənistana göndərib.