media-1200x100

Ermənistan və Türkiyə nümayəndələrinin növbəti görüşü olacaq

media-ads_728_90

“Yaxın zamanlarda Ermənistan və Türkiyə nümayəndələrinin növbəti görüşü keçiriləcək”.

“TV1” “News.am”a istinadən xəbər verir ki, bunu Ermənistan parlamenti sədrinin müavini, Türkiyə ilə aparılan danışıqlarda ölkənin xüsusi nümayəndəsi Ruben Rubinyan deyib.

O bildirib ki, görüşün keçirilməsində məqsəd Gümrü-Qars dəmiryolunun fəaliyyətinin bərpa edilməsi üçün zəruri şərtlərin müzakirə edilməsidir.

R.Rubinyan qeyd edib ki, görüşün tarixi hələlik dəqiqləşdirilməyib.

Qeyd edək ki, Türkiyəni Ermənistanla münasibətlərin normallaşdırılması üzrə danışıqlarda Serdar Kılıç təmsil edir.

media-ads_728_90
Paylaş