Ermənistanda yüksək vəzifəli məmurların 1,57 milyard dollarlıq əmlakına HƏBS TƏLƏBİ
Ermənistanda prokurorluq keçmiş yüksək vəzifəli məmurların 1,57 milyard dollarlıq əmlakına həbs qoyulmasını tələb edir.
“TV1” xəbər verir ki, hazırda məhkəmələrdə keçmiş məmurlara və onların ailə üzvlərinə qarşı qanunsuz mənşəli əmlakın geri alınması ilə bağlı 155 iddiaya baxılır.
O cümlədən, keçmiş prezident Robert Köçəryan, İrəvanın keçmiş meri Qaqik Beqlaryan, keçmiş deputat Qaqik Tsarukyan, Vergilər Komitəsinin keçmiş rəhbəri Qaqik Xaçatryan, keçmiş polis rəisi Vladimir Qasparyan, keçmiş xüsusi tapşırıqlar üzrə səfir Lev Sarkisyan və başqaları.
Ermənistanın baş prokurorunun müavini Edqar Arsenyanın sözlərinə görə, bütün iddialar üzrə iddiaların ümumi məbləği 595,8 milyard dram (təxminən 1,57 milyard dollar) təşkil edir.
Prokurorluq 324 daşınar obyektin, 1463 daşınmaz əmlak obyektinin, 440 hüquqi şəxsdə payın, habelə pul ifadəsində 518,4 milyard dramın dövlətə qaytarılmasını tələb edir.








