Ermənistanın Baş Qərargah rəisi: "Azərbaycan tərəfindən eskalasiya təhlükəsi yoxdur"
“Azərbaycan tərəfindən eskalasiya təhlükəsi hazırda yoxdur, sərhəddə vəziyyət stabildir”.
“TV1” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş Qərargah rəisi Edvard Asryan Azərbaycanla müharibənin mümkünlüyü barədə jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Baş Qərargahın təhlilləri müharibənin mümkünlüyü barədə danışmağa əsas vermir.
Demarkasiya prosesindən danışan Baş Qərargah rəisi hər şeyin sülh yolu ilə gedəcəyinə əmin olduğunu vurğulayıb.