media-1200x100

Fatma Səttarova II Fəxri xiyabanda dəfn olunub

media-ads_728_90

Xəbər verdiyimiz kimi, görkəmli ictimai xadim, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, İkinci Dünya müharibəsi veteranı Fatma Səttarova vəfat edib.

“TV1” xəbər verir ki, onun nəşi II Fəxri xiyabanda dəfn edilib.

Dəfn mərasimdə mərhumənin yaxınları, ailə üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Fatma Səttarova 102 yaşında dünyasını dəyişib. “İstiqlal” ordenli F.Səttarova həm də Prezident təqaüdçüsü idi.

media-ads_728_90
Paylaş