Rusiya və Ukrayna "enerji atəşkəsi" barədə razılığa gəliblər - Tramp
Rusiya və Ukrayna enerji obyektlərinə hücumların qarşılıqlı şəkildə dayandırılması barədə razılığa gəliblər.
“TV1” xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində yazıb.
“Hazırda Rusiya ilə Ukrayna arasında müharibədə enerji atəşkəsi mövcuddur. Hər iki tərəf buna razılıq verib. Onu pozmayın!”, – deyə o bildirib.








