Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub - 11 nəfər ölüb, 27 insan xəsarət alıb

media-ads_728_90

Türkiyədə yük maşını ilə sərnişin avtobusu toqquşub.

“TV1” xəbər verir ki, hadisə Manisa vilayətinin Akhisar rayonunda baş verib.

Qəza nəticəsində 11 nəfər ölüb, daha 27 nəfər xəsarət alıb.

Əraziyə təcili yardım, polis əməkdaşları, xilasedicilər cəlb olunub.

Qəzanın hansı səbəbdən baş verdiyi açıqlanmır. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

media-ads_728_90
Paylaş