Federika Moqerini korrupsiya qalmaqalına görə İSTEFA VERDİ

media-ads_728_90

Korrupsiya işi ilə bağlı bir neçə gün əvvəl saxlanılmış Avropa İttifaqının xarici siyasət üzrə sabiq ali nümayəndəsi Federika Moqerini tutduğu vəzifədən – Avropa Kollecinin rektoru postundan istefa verib.

“TV1” xəbər verir ki, bundan əvvəl Avropa Komissiyasının Yaxın Şərq, Afrika və İran körfəzi regionları üzrə Baş direktorluğun rəhbəri Stefano Sannino öz istəyilə tutduğu vəzifədən getdiyini bəyan etmişdi.

O, korrupsiya işi üzrə ikinci ittiham olunan şəxsdir. İttihamlar onun Avropa Xarici Fəaliyyət Xidmətinin Baş katibi vəzifəsində çalışdığı dövrə aiddir. Həmin vaxt o, Federika Moqerininin, daha sonra isə onun varisi Jozep Borrelin müavini idi.

Qeyd edək ki, F.Moqerini Aİ-nin diplomatik xidməti tərəfindən Avropa Kollecinə (Avropa İttifaqının Diplomatik Akademiyasına ) doqquz aylıq tədris proqramına tələbə qəbulu prosesində qərəzli, ədalətsiz yanaşmada və rəqabət qaydalarını pozmaqda şübhəli bilinir.

Mübahisələndirilən faktlar 2021–2022-ci illəri əhatə edir.

media-ads_728_90
Paylaş