Filippində bərə qəzasında ölənlərin sayı artıb
Filippinin cənubunda “Trisha Kerstin 3” bərəsinin batması nəticəsində ölənlərin sayı 29-a çatıb.
“TV1” xəbər verir ki, bu barədə “GMA” News məlumat yayıb.
Zamboanga şəhərindən Jolo şəhərinə gedən sərnişin bərəsi Baluk adası yaxınlığında batıb. Filippin Sahil Mühafizəsinin məlumatına görə, ümumilikdə 316 nəfər xilas edilib








